Gənclər və idman naziri Fərid Qayıbov Cəlilabad şəhərinə səfər edib.
Nazirin səfəri çərçivəsində Cəlilabad şəhərində “Sağlam həyat” layihəsi çərçivəsində, “Şəhərsalma və Memarlıq İli” münasibətilə “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib.
İzmedia.Az xəbər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin 2026-cı il üçün təsdiqlənmiş tədbirlər planına əsasən təşkil olunan tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və kütləvi idmanın inkişafına dəstək verməkdir.
Qeyd edək ki, Fərid Qayıbov son aylarda bölgələrdə bir sıra görüş və açılış mərasimlərində iştirak edir. Nazir daha əvvəl də Cəlilabad rayonunda vətəndaş qəbulları keçirib və idman infrastrukturu ilə bağlı layihələrə dəstək göstərib.

![]()

