ABŞ Prezidenti Donald Trump hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamənin qəbul edilməsini vaxtından əvvəl və mənasız adlandırıb.
O, bu barədə Truth Social hesabında paylaşım edib. Tramp bildirib ki, belə addımlar onun işini çətinləşdirsə də, bunun öhdəsindən gələcəyinə əmindir.
ABŞ lideri qeyd edib ki, Iran artıq Vaşinqtona güzəştə getməyə və uzun illərdən sonra ABŞ-a hörmət göstərməyə hazırdır.
Tramp əlavə edib ki, ABŞ hərbi qüvvələrinin İrana qarşı əməliyyatlarını dayandırmağa çağıran qətnamə üzrə səsvermə həm vaxtsız, həm də mənasız olub.
Onun sözlərinə görə, bu qətnaməyə dəstək verən senatorlar Vaşinqtonun rəqiblərinə dolayısı ilə yardım etmiş olurlar.
İzmedia.az
![]()

