Türkiyədə yaşayış məntəqəsi yaxınlığında dron qəzaya uğrayıb

1 Min Read

 

Türkiyənin Kastamonu vilayətinin Kuşkayaş kəndində yaşayış evinin yaxınlığında dron qəzaya uğrayaraq alovlanıb. Bu barədə Milliyet məlumat yayıb.

Məlumata görə, dron Jide rayonunun Kuşkayaş kəndində fındıq bağına düşüb. Qəzadan sonra cihaz yanmağa başlayıb və qalıqları ətrafa səpələnib.

Yerli sakinlərdən biri güclü partlayış səsi eşitdiyini, daha sonra evindən təxminən 10 metr aralıda dron qalıqlarını aşkar etdiyini bildirib. İlkin ehtimallara əsasən, cihazın çəkisinin 200 kiloqramdan çox olduğu bildirilir.

Hadisə yerinə gələn jandarm qüvvələri ərazini mühasirəyə alıb və araşdırmalara başlayıb. Səlahiyyətlilər dronun mənşəyi və sahibini müəyyən etməyə çalışır. Bundan əlavə, Samsun vilayətində Ukraynaya məxsus olduğu ehtimal edilən daha bir kamikadze pilotsuz uçuş aparatının qalıqları tapılıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş