İranın xarici işlər naziri Abbas Araqçi yunan həmkarı Giorgos Gerapetritis ilə telefon danışığında Avropa İttifaqının Tehrana qarşı insan haqları tənqidlərini rədd edib. O, Aİ-nin mövqeyini “ikiüzlü” adlandıraraq, Avropanın İsrailin fələstinlilərə, Livan və İrana qarşı addımlarına laqeyd qaldığını və bu səbəbdən mənəvi haqqını itirdiyini bildirib.
Araqçi həmçinin ABŞ-ı İrana qarşı dəniz blokadası tətbiq etməkdə və 18 iyun sazişini pozmaqda ittiham edib, Hörmüz boğazındakı gərginliyin də Vaşinqton və İsrailin hərbi əməliyyatlarının nəticəsi olduğunu vurğulayıb. Yunanıstan xarici işlər naziri isə öz növbəsində gərginliyin azaldılması üçün diplomatik səyləri dəstəklədiyini və tərəflərin dialoqu davam etdirəcəyini qeyd edib.
İzmedia.az
![]()

