Tramp Venesueladakı zəlzələ ilə bağlı qurumlara hazırlıq tapşırığı verib

1 Min Read

 

Donald Tramp Venesuelada baş verən güclü zəlzələdən sonra təcili tədbirlərə hazır olmaq üçün aidiyyəti qurumlara göstəriş verdiyini açıqlayıb.

Tramp Truth Social hesabında bildirib ki, Venesuelada baş verən iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan itkilərinə səbəb olub. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları yardım göstərməyə hazırdır.

ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton “yeni və böyük dostları” ilə birlikdə hərəkət edəcək və hadisə ilə bağlı daxil olan ilkin məlumatları narahatedici adlandırıb.

Bu arada, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkədə fövqəladə vəziyyət elan edib.

Hazırda ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməyib.

Zəlzələ yerli vaxtla saat 18:00 radələrində paytaxt Karakasın şimal-qərbində baş verib. ABŞ Geoloji Xidməti iki güclü təkanın 7,2 və 7,5 bal olduğunu açıqlayıb. Rusiya Elmlər Akademiyasının Altay-Sayan bölməsi isə zəlzələnin gücünü 6,9 bal qiymətləndirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş