Avropada qaz ehtiyatları son 15 ilin minimumuna enə bilər

1 Min Read

 

Financial Times qəzetinin məlumatına görə, Wood Mackenzie Avropada qarşıdakı istilik mövsümündə yeraltı qaz anbarlarının son 15 ilin ən aşağı səviyyəsinə düşəcəyini proqnozlaşdırır.

Şirkətin hesablamalarına əsasən, ehtiyat mövsümünün sonunda Avropa qaz anbarları cəmi 76 faiz dolu olacaq. Bu göstərici ən azı 2011-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.

Məlumata görə, vəziyyətin əsas səbəblərindən biri ABŞ-İran qarşıdurmasının təsiri ilə Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz tədarükünün azalması, həmçinin Qətər və BƏƏ-də istehsalın zəifləməsidir.

Digər mühüm amil isə Avropanın mayeləşdirilmiş qaz idxalının təxminən 14 faizini təşkil edən Rusiya LNG-sinə qarşı planlaşdırılan qadağadır.

Qeyd olunur ki, sərt qışdan sonra Avropa İttifaqı anbarları doldurma mövsümünə cəmi 28 faiz doluluqla başlayıb. Hazırda isə bu göstərici 48 faizdir.

Aİ Şurası artıq 2027-ci il yanvarın 1-dən Rusiya mayeləşdirilmiş qazının, həmin ilin sentyabrın 30-dan isə boru kəməri qazının tədarükünə tam qadağa tətbiq edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş