İlon Mask: “Starlink” yalnız müdafiə məqsədləri üçündür, sürət məhdudiyyətlərini ABŞ ordusu müəyyən edir

1 Min Read
“SpaceX” şirkətinin təsisçisi İlon Mask “X” sosial şəbəkəsində bəyan edib ki, “Starlink” peyk internet sistemləri hücum xarakterli döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb. Şirkət rəhbəri sistemin istifadəsinin mülki və ya müdafiə fəaliyyəti ilə məhdudlaşdırıldığını, kommersiya subyekti kimi hücum əməliyyatlarında iştirakın yolverilməz olduğunu bildirib. Mask bu açıqlamanı Ukraynanın keçmiş Müdafiə naziri Mixail Fedorovun PUA-ların peyk rabitəsinə çıxışının mərhələli bərpası barədə bəyanatına cavab olaraq verib. Ekspertlər və Ukrayna rəsmiləri qeyd edirlər ki, dronların sürəti saatda 60-70 km-ə çatdıqda (əvvəlki 160 km/saat əvəzinə) rabitənin kəsilməsi bir sıra vacib cəbhə əməliyyatlarının pozulmasına səbəb olub.
Prezidentin müşaviri Sergey Beskrestnov tətbiq edilən məhdudiyyətlərin “Starlink”in hərbi versiyası olan “Starshield” sisteminə aid olduğunu dəqiqləşdirib. İlon Mask isə “Starshield” şəbəkəsinin ABŞ hökumətinə məxsus olduğunu və sürət hədlərinin birbaşa ABŞ ordusu tərəfindən tənzimləndiyini vurğulayıb. Ukrayna tərəfi, xüsusən Prezident Volodimir Zelenski Rusiyanın hücum PUA-larına qarşı mübarizə aparan zərbə və tutucu dronların fəaliyyətinin birbaşa peyk rabitəsindən asılı olduğunu bildirərək, ABŞ-ı və “SpaceX” rəhbərliyini məhdudiyyətləri tam aradan qaldırmağa çağırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş