“The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, NATO rəsmiləri ABŞ prezidenti Donald Trampla münasibətlərdəki çətinliklərin alyansın Ankarada keçiriləcək sammitinə kölgə salacağından qorxurlar.
Eyni zamanda, təşkilatın nümayəndələri ümid edirlər ki, sammit “ABŞ ilə birlik və Ukraynaya dəstək nümayiş etdirməyə” imkan verəcək.
Təşkilatın iclası 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Daha əvvəl Avropanın “Politico” qəzeti xəbər vermişdi ki, NATO-nun Ankara sammitinin təşkilatçıları Trampın iclas zamanı “darıxmaması” üçün yalnız üç ildən bir iclas keçirməyi planlaşdırırlar.
![]()

