Yaponiyanın cənub-qərb sahillərində, Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. Seysmoloji xidmət kimi də fəaliyyət göstərən Milli Meteorologiya Agentliyinin məlumatına görə, sunami təhlükəsi və ya ciddi ziyan barədə məlumat verilməyib.
Məlumatlara görə, zəlzələnin episentri okean dibinin altında, çox dayaz dərinlikdə yerləşib, lakin dərinliyi hələ dəqiq müəyyən edilməyib.
Kume və Miyako adalarında kurort otelləri və digər turizm obyektləri yerləşir. Miyakoda həmçinin Yaponiya hərbi bazası da var.
İzmedia.az
![]()

