İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri on dördüncü əməliyyat dalğasının bir hissəsi olaraq Amerika hərbi obyektinə genişmiqyaslı hücum həyata keçirib .
İzmedia.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri məlumat verib.
İİKK-nın mətbuat xidmətinin rəsmi açıqlamasına görə, ABŞ Hərbi Hava Qüvvələrinin Bəhreyndəki Şeyx İsa Hava Bazası bu gün səhər saatlarında hücuma məruz qalıb.
Hücumda 20 dron və 3 raket iştirak edib. Bütün raketlər nəzərdə tutulan hədəflərə çatıb. Bazanın komandanlıq və qərargah binası tamamilə dağıdılıb.
“Yanacaq anbarlarına birbaşa zərbələr endirildiyi bildirilir. Obyektin ərazisində böyük yanğın baş verib”, – deyə açıqlamada bildirilir.
İzmedia.az
![]()

