Uzun illər Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışan, YAP Cəlilabad Qadınlar Şurasının sədri olmuş, 2023-cü ildə isə Cəlilabad bələdiyyəsinin sədri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Fərqanə Şirindil qızı Məmmədova vəfat edib.
İzmedia.az xəbər verir ki, Fərqanə Məmmədova təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin, ruhu şad olsun. Yaxınlarına, doğmalarına, həmkarlarına və bütün təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
![]()

