Xorvatiya parlamentinin deputatı Marin Miletić Rijekadakı Kostabella körfəzində yerləşən otelin çimərliyə giriş qapısındakı asma qıfılı bir ay ərzində üçüncü dəfə kəsib.
Deputat iyunun əvvəlindən etibarən çimərliyin bağlanmasının qanunlara zidd olduğunu və vətəndaşların dəniz sahəsinə sərbəst çıxış hüququnu məhdudlaşdırdığını bildirib.
Buna cavab olaraq JTH Kostabella şirkəti çimərlikdə quraşdırılan hasarın və giriş qaydalarının qüvvədə olan qanunvericiliyə və dəniz sahəsi üzrə güzəşt müqaviləsinə tam uyğun olduğunu açıqlayıb.
Miletiç isə bildirib ki, hökumətlə imzalanmış müqavilədə çimərliyə girişin ödənişsiz olması açıq şəkildə qeyd edilib. Onun sözlərinə görə, otelin çimərliyə qıfıl vurmaq və giriş haqqı tələb etmək hüququ yoxdur.
Deputat həmçinin iddia edib ki, vətəndaşların ümumi istifadəsində olan çimərliklərə sərbəst giriş təmin edilməlidir.
Otel isə 2015-ci ildə Xorvatiya hökumətinin qəbul etdiyi qərara istinad edərək bildirib ki, Kostabella çimərliyindən istifadə hüququ qanuni güzəşt əsasında verilib və həmin qərarda çimərliyin hasarlanmaması, eləcə də giriş haqqının tutulmaması nəzərdə tutulur.
İzmedia.az
![]()

