Mixail Qaluzindən Paşinyanın Aİ və Aİİ ilə bağlı bəyanatlarına REAKSIYA

2 Min Read

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması və ya Avrasiya İttifaqında (Aİİ) qalması məsələsi üzrə referendumla bağlı ziddiyyətli bəyanatlar verdiyini bildirib.

Nazir müavininin sözlərinə görə, Ermənistan Konstitusiyasının 205-ci maddəsi nəzərdə tutur ki, üstmiqyaslı beynəlxalq təşkilatlara üzvlülüklə bağlı belə referendumlar məhz Ermənistan hökuməti tərəfindən təşəbbüs edilməlidir.

Eyni zamanda o qeyd edib ki, 2025-ci ildə “Avropa İttifaqına daxilolma prosesinin başlanması haqqında” qanunun gələcəyi müzakirə olunarkən erməni tərəfi iddia edirdi ki, Konstitusiyanın müddəalarına baxmayaraq, onun qəbul edilməsi referendum keçirilməsini tələb etmir, çünki bu sənəd sadəcə mənasız bir siyasi bəyannamədir.

“İndi isə eşidirik ki, Ermənistanda iyun seçkilərinin nəticələri guya özlüyündə avropayönlü kursa, ölkədə Avropa norma və qaydalarının daha da tətbiqinə ümummilli dəstəyin sübutudur, deməli, yenə də referenduma ehtiyac yoxdur”, – deyə nazir müavini vurğulayıb.

“Xatırladıram ki, seçki kampaniyası zamanı Paşinyan bəzən bir-birinə tam zidd və qarmaqarışıq bəyanatlar verirdi. Eyni zamanda, o, bəzən kifayət qədər açıq şəkildə etiraf edirdi ki, hələlik heç kim Ermənistanı Aİ-yə dəvət etməyib və o, ümumiyyətlə heç vaxt bu təşkilatın üzvü olmaya bilər”, – deyə o əlavə edib. “Həqiqətən də çox şey deyilib, lakin bu, heç də aydınlıq gətirmir”.

Qaluzinin sözlərinə görə, məhz buna görə də Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan sakinlərinin bu məsələ ilə bağlı əslində nə düşündüklərini öyrənməyin vacibliyini bəyan ediblər.

“Üstəlik, bu, mücərrəd-nəzəri müstəvidə deyil (Aİ-yə getmək istəyirsinizmi?), konkret-praktiki müstəvidə olmalıdır: qeyri-müəyyən olan Aİ-yə qoşulmaq perspektivi xatirinə Aİİ-yə üzvlükdən imtina etməyə hazırsınızmı? Çünki məhz belə sual formulyasiyası Ermənistan Respublikasının vətəndaşlarının özlərinə, eləcə də Aİİ-nin digər üzvlərinə qarşı ən dürüst yanaşma olardı”, – deyə agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş