ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu İrana qarşı növbəti hücumlar zamanı təxminən 90 hərbi hədəfə zərbə endirib.
Komandanlığın açıqlamasında deyilir: “CENTCOM qüvvələri İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və dinc mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı daha bir zərbə endirib”.
Orada bildirilir ki, zərbələrin hədəfləri “İranın hava hücumundan müdafiə sistemləri, sahil kəşfiyyat vasitələri, raket və dron saxlama obyektləri, dəniz obyektləri və İranın sahil xətti boyunca hərbi logistika infrastrukturu” olub.
Məlumata görə, ABŞ ordusu dünən 60-dan çox kiçik İİKK qayığı da daxil olmaqla, təxminən 80 İran hərbi hədəfinə zərbə endirib və “Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum edərək atəşkəsi pozan İrana ciddi ziyan vurub”.
Komandanlıq bildirib ki, “ABŞ qüvvələri İranın sahil xətti boyunca hava hücumundan müdafiə sistemləri, sahil kəşfiyyat vasitələri, raket və dron saxlama obyektləri, dəniz obyektləri və hərbi logistika infrastrukturu da daxil olmaqla təxminən 90 İran hərbi hədəfinə zərbə endirib”.
İzmedia.az
![]()

