CNN iki İsrail mənbəyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin İranla mümkün yeni hərbi əməliyyatlarda iştirakına qarşı çıxır və münaqişənin inkişafı üzərində nəzarəti itirəcəyindən ehtiyat edir.
Kanalın məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın İrana qarşı mümkün hücumlarına qoşulmaq istəyir, lakin Vaşinqton hazırda belə bir ssenarini dəstəkləmir. Ağ Ev hələlik bu məlumatla bağlı şərh verməyib.
Daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail ordusu lazım gələrsə, müstəqil şəkildə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Eyni zamanda, CNN-in həmsöhbətlərindən birinin sözlərinə görə, İsrail hesab edir ki, Tramp tammiqyaslı müharibəyə qayıtmaqda maraqlı deyil. İsrail tərəfinin fikrincə, Vaşinqtonun müraciət edə biləcəyi ən sərt tədbir İran limanlarının dəniz blokadasının bərpasıdır.
İzmedia.az
![]()

