“The New York Times” (NYT) qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmir yolu stansiyasında yük qatarı vaqonunda 6 nəfərin meyiti tapılıb.
Nəşrin məlumatında bildirilir ki, “Union Pacific” şirkətinin əməkdaşı – stansiyada vaqonların yüklənməsi və boşaldılmasına cavabdeh olan işçi – hadisə barədə məlumat verib və meyitlərin aşkar edildiyini təsdiqləyib.
Məlumata görə, bu hadisə tək deyil. Son illərdə ABŞ-ın sərhəd şəhərlərində və ya onların yaxınlığında yük qatarlarının vaqonlarında bir neçə dəfə insan cəsədlərinin aşkar edildiyi qeyd olunur.
NYT-nin yazdığına əsasən, ölənlərin bir çoxu miqrantlar olub və onlar bu tip vaqonların daxilində temperaturun təhlükəli şəkildə yüksələ biləcəyindən xəbərsiz olublar.
İzmedia.az
![]()

