İİKK Bəhreyndə ABŞ hərbi obyektlərinə hücum barədə məlumat yayıb

1 Min Read

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti iyulun 14-də Bəhreyndə ABŞ qüvvələrinin silah anbarlarına, peyk rabitə mərkəzinə və yaşayış kompleksinə zərbələr endirildiyini bildirib.

İİKK-nın bəyanatında Fars xəbər agentliyinin Telegram kanalına istinadən bildirilir ki, “Bəhreyndə “Nəsr 2″ əməliyyatının ikinci dalğası zamanı Amerika qoşunlarının bir neçə silah anbarı, peyk rabitə mərkəzi və əsgərlər üçün yaşayış binası hədəfə alınıb”.

Qeyd olunur ki, Hörmüz boğazındakı toqquşmadan sonra ABŞ ordusu İranın cənub bölgələrinin sahil ərazilərinə və bir neçə hərbi obyektə hava zərbələri endirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş