İran Hörmüz boğazı ilə bağlı mövqeyini açıqladı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Mohammad Reza Aref İranın Hörmüz boğazı üzərindəki hüquqlarının müəyyənləşdiyini və bu məsələnin artıq bağlandığını bildirib.

İran hökumətinin yaydığı məlumata görə, ölkənin birinci vitse-prezidenti Tehranda keçirilən toplantıda çıxışı zamanı Hörmüz boğazının İranın milli təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Aref qeyd edib ki, İran “Ramazan müharibəsi”ndən sonra idarəçilikdə yeni mərhələyə daxil olub və ölkə bu şəraitə uyğun hazırlaşmalıdır.

O, həmçinin İranın artıq regionun təsirli gücü və qlobal supergüc kimi qəbul edildiyini iddia edib. Siyasətçinin sözlərinə görə, bundan sonra ölkənin planlaması yalnız sanksiyalar və təzyiqlərə qarşı deyil, həm də regionun təhlükəsizliyi, rifahı və inkişafı üçün aparılmalıdır.

Məlumat İran hökumətinin rəsmi açıqlamasına əsasən yayılıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş