Almaniyanın xarici işlər naziri ABŞ-ın təhdidləri fonunda Haaqa Məhkəməsini müdafiə edir

1 Min Read

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-ın təhdidlərindən sonra Haaqa məhkəməsinin müdafiəsinə qalxıb.

DW-nin məlumatına görə, Vaddeful deyib: “Beynəlxalq Cinayət Məhkəməsi dünyanı daha təhlükəsiz və daha ədalətli edir”.

Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi insanlığa qarşı ən dəhşətli cinayətlər (məsələn, uşaq əsgərlərin cəlb edilməsi) üzrə hökmlər çıxarıb və cinayətkarları məsuliyyətə cəlb edib. Vaddeful əmindir ki, mümkün çatışmazlıqlar “bu vacib qurumun mövcudluğunu və onun nailiyyətlərini şübhə altına almaq” üçün bir səbəb deyil.

Donald Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ suverenliyinə təhdid olması iddiası əvvəllər Avropa Komissiyasının nümayəndəsi Ənvər əl-Ənuni tərəfindən rədd edilmişdi və o demişdi: “Məhkəməyə, onun seçilmiş vəzifəli şəxslərinə, işçilərinə və ya Məhkəmə ilə əməkdaşlıq edənlərə yönəlmiş hücumlar və təhdidlər sadəcə qəbuledilməzdir”.

Daha əvvəl ABŞ Dövlət Departamenti Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı kampaniya başlatdığını elan edərək, məhkəmənin guya “Amerika hərbi qulluqçularını və rəsmilərini təqib etdiyini” və “ABŞ suverenliyini təhdid etdiyini” iddia etmişdi. Vaşinqton məhkəməyə qarşı yeni sanksiyalar tətbiq etməklə və digər addımlar atmaqla, xüsusən də müxtəlif ölkələri Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırmaqla, eləcə də bunu etməkdən imtina edən dövlətlər üzərində nəzarəti gücləndirməklə hədələyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş