İranın Xarici İşlər Naziri Abbas Əraqçi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Niderlandın xarici işlər naziri Tom de Bruyn ilə görüşüb. İran XİN rəhbərinin “Telegram” kanalında yayılan bəyanata görə, görüş zamanı Əraqçi regional hadisələrlə bağlı Avropa dövlətlərinin “ikili standartlar” yürütdüyünü bildirib.
Əraqçi Avropa ölkələrinin ABŞ və İsrailin İrana qarşı yönəlmiş “təcavüzkar addımlarına və cinayətlərinə” sükutla yanaşmasını sərt tənqid edib. Nazir vurğulayıb ki, Avropa bir tərəfdən insan hüquqları və qanunun aliliyindən danışdığı halda, digər tərəfdən İrana qarşı hərbi təzyiqlərə göz yummamalı və ya bu addımları dəstəkləməməlidir.
Öz növbəsində Niderlandın xarici işlər naziri Tom de Bruyn diplomatiyanın vacibliyini qeyd edərək, ölkəsinin Yaxın Şərqdəki mövcud vəziyyət və Avropa-İran münasibətlərinin gələcəyinə dair mövqeyini diqqətə çatdırıb.
İzmedia.az
![]()

