“The Guardian” qəzetinin məlumatına görə , Çin ilk dəfə olaraq bir ayda 1 milyondan çox avtomobil ixrac edib .
İyun ayında Çin avtomobil ixracı ilk dəfə 1 milyon həddini keçdi və dünyanın ikinci ən böyük iqtisadiyyatından xaricə göndərilən malların ümumi həcmi 27% artdı.
Çinin gömrük xidmətinin rəsmi məlumatları göstərir ki, gözləniləndən daha yaxşı ticarət rəqəmləri ölkənin ötən ilki rekord ticarət profisitinə – 1 trilyon dollara yaxınlaşmasına və hətta onu keçməsinə imkan verir. Və o, buna Donald Trampın başlatdığı tarif müharibəsi qarşısında nail ola bilib.
BYD-dən Jaecoo-ya qədər Çin brendlərinin satışları kəskin şəkildə artır və bu da, xüsusən də Avropada, illərlə tarixə malik tanınmış brendləri bazardan sıxışdırıb çıxarır.
İzmedia.az
![]()

