Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu istiqamətindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İzmedia.az-ın məlumatına görə, Cəlilabad rayonunun Maşlıq kənd sakini Babayev Cavid Zamin oğlunun idarə etdiyi “Ford Transit” markalı, 99-XC-708 dövlət qeydiyyat nişanlı kiçiktonajlı yük avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük maşınına çırpılıb.

Güclü zərbənin təsirindən “Ford” markalı avtomobilin ön və salon hissəsi tamamilə əzilərək tanınmaz və yararsız hala düşüb. Hadisə zamanı nəqliyyat vasitəsində olan hava şarları açılıb.
Qəza nəticəsində sürücü Cavid Babayev xoşbəxtlikdən ciddi xəsarət almayıb. O, hadisəni yüngül bədən xəsarətləri ilə atladıb.
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir. Hadisə yerindən eksklüziv görüntüləri təqdim edirik
![]()

