Cəlilabadda ikinci sinif şagirdinin xəsarət alması ilə nəticələn avtomobil qəzası vaş verib.
İzmedia.az xəbər verir ki, hadisə Yeni Ələt -Astara yolunun Göytəpə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran istiqamətində hərəkətdə olan minik avtomobili yoldan keçmək istəyən 2018-ci il təvəllüdlü S.M. vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 19.07.2026-cı il tarixində saat 12:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yadım şöbəsinə hospitalizasiya olunub.
Ona qapalı kəllə beyin travması, subkomatoz hal, sol qulaqdaxili qanaxma, sol baldır qamış sümüyünün orta 1/3- nin qapalı yerdəyişmiş sınığı diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
![]()

