Tramp İranın ABŞ-ın hücumlarından böyük itkilər verdiyini bildirib

1 Min Read

ABŞ prezidenti Donald Tramp İranın Amerikanın hücumları nəticəsində çox böyük ziyana uğradığını açıqlayıb.

Tramp bazar ertəsi gecəsi jurnalistlərə bildirib ki, “İrana çox, çox ağır zərbə vurulub. Hərbi cəhətdən onlar demək olar ki, hər şeyi itiriblər; çox az şey qalıb”.

ABŞ lideri həmçinin əlavə edib ki, ABŞ “bu gecə onlara daha bir güclü zərbə endirib”.

Daha əvvəl ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qoşunlarının İran hədəflərinə növbəti zərbələr endirdiyini bildirmiş və bunun ardıcıl doqquzuncu gecə olduğunu vurğulamışdı.

Əməliyyat bazar günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:00-da başlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş