İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək, ABŞ-ın Darxovin nüvə obyektinə hücumunu pisləmələrini tələb edib. Trend -in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
Məktubda deyilir: “Beynəlxalq ictimaiyyət dinc nüvə obyektlərinə silahlı hücumların və ya bu cür hücumların təhdidlərinin qəbuledilməz olduğunu daim vurğulayıb”.
İrəvan BMT Baş katibini və Təhlükəsizlik Şurasını BMT Nizamnaməsi üzrə öhdəliklərini gecikmədən, qərəzsiz və ikili standartlar olmadan yerinə yetirməyə və ABŞ-ın MAQATE-nin təminatı altında olan Darxovin Atom Elektrik Stansiyasına silahlı hücumunu qətiyyətlə pisləməyə çağırıb.
İzmedia.az
![]()

