Tuvada tayqa yanır: 35 yanğın səbəbilə fövqəladə vəziyyət elan edilib

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Rusiyanın Tuva Respublikasında meşə yanğınlarının artması səbəbilə 4 may tarixindən etibarən regional əhəmiyyətli meşələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Məlumata görə, ilin əvvəlindən bölgədə artıq 35 meşə yanğını qeydə alınıb. Rəsmilər vəziyyətin təhlükəli həddə çatdığını bildirərək meşə ərazilərinə giriş və nəqliyyatla daxil olmanı tamamilə qadağan ediblər.

Tuva rəhbərliyi bildirib ki, ən ağır vəziyyət Çadan, Turan və Şaqonar meşə təsərrüfatlarında müşahidə olunur. Bu ərazilərdə böyük yanğın ocaqları qeydə alınıb.

Bundan əlavə, Süt-Xol və Uluq-Xem rayonlarında da ayrıca fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Rəsmi statistikaya görə, 35 yanğından 29-u insan amili səbəbindən baş verib. Yanğınlar artıq minlərlə hektar meşə sahəsini məhv edib.

Hazırda 9 aktiv yanğının söndürülməsi davam edir və ümumilikdə 1300 hektar ərazi alovla əhatə olunub. Xilasetmə işlərinə 300-dən çox əməkdaş və 50 texnika cəlb edilib, əlavə olaraq federal ehtiyatdan 57 aviayanğınsöndürən bölgəyə göndərilib.

Sinoptiklərin məlumatına görə, bölgədə yanğın təhlükəsi maksimum səviyyədə qalır və güclü küləklər vəziyyəti daha da ağırlaşdıra bilər.

Rəsmilər əhaliyə ehtiyatlı olmağı və yanğınlarla bağlı hər hansı halı dərhal 112 xidmətinə bildirməyi tövsiyə ediblər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş