Rusiya nümayəndəsi Hindistan Xarici İşlər Nazirliyinə çağırıldı

1 Min Read

“Hindustan Times” qəzetinin verdiyi məlumata görə , Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Ladanov Xarici İşlər Nazirliyinə çağırılıb .

Hindistan, Rusiyanın Ukrayna sahillərində ticarət gəmisinə hücumunu kəskin şəkildə pisləmək üçün yüksək vəzifəli bir rus diplomatını çağırıb. Bu hücum nəticəsində dörd hind ekipaj üzvü də daxil olmaqla 10 nəfər həlak olub.

Bu, Rusiya-Ukrayna münaqişəsi zamanı hind dənizçilərinin öldürülməsi ilə bağlı ilk hadisədir. Ladanov Rusiya səfirinin Nyu-Dehlidə olmaması səbəbindən Xarici İşlər Nazirliyinə çağırılıb.

Hindistan tərəfi vurğuladı ki, “bu cür hücumlar beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini, etibarlılığını və sabitliyini sarsıdır”.

Diplomata “Rusiya hakimiyyətinə ticarət gəmilərinin atəşə tutulması və nəticədə günahsız mülki şəxslərin ölümünün qəbuledilməz olduğu və dayandırılmalı olduğu barədə dərin narahatlığını bildirmək” tövsiyə edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş