ABŞ və İran arasında danışıqlar bərpa olunur

1 Min Read

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın avqustun 3-də danışıqları bərpa etməyə hazırlaşdığını bildirib.

Avqustun 2-də “Air Force One” təyyarəsində mətbuata açıqlama verən Tramp Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İranın xahişi ilə İrana “kütləvi hücum” qərarını təxirə saldığını deyib. ABŞ lideri Hörmüz boğazı üzrə razılaşmanın yekunlaşdırıldığını, növbəti mərhələdə isə İranın nüvəsizləşdirilməsi məsələsinin müzakirə olunacağını vurğulayıb.

Bununla belə, İranın “Fars” agentliyi danışıqlar qrupundakı mənbəyə istinadən boğazda gəmilərin hərəkətinin bərpası ilə bağlı hər hansı razılaşmanın olmadığını bəyan edib. İsrailin “12-ci Kanal”ı isə Trampın İranın XİN rəhbəri Abbas Əraqçinin Qətər vasitəçiliyi ilə təqdim etdiyi təklifi qəbul etdikdən sonra hərbi zərbəni ləğv etdiyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş