Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Moskva ilə münaqişənin həlli üzrə danışıqlar prosesini dayandıran tərəf məhz Kiyev olub.
Diplomatın sözlərinə görə, Rusiya rəsmiləri dəfələrlə danışıqlara hazır olduqlarını bəyan etsələr də, Ukrayna tərəfi prosesi dondurub və hətta öz adına danışıqlar aparılmasını ləğv edib. Qaluzin vurgulayıb ki, Moskva təmasların formatı da daxil olmaqla, konstruktiv təklifləri nəzərdən keçirməkdən heç vaxt imtina etməyib. Bununla bərabər, o, gələcək təkliflərin alınıb-alınmayacağının Rusiyadan asılı olmadığını əlavə edib.
İzmedia.az
![]()

