Çin avtomobil istehsalçıları yaxın 5–10 ilə ABŞ bazarına daxil ola bilər

1 Min Read

 

“Ford Motor Company”nin baş direktoru Cim Farli şirkət əməkdaşları ilə görüşdə bildirib ki, mövcud ticarət məhdudiyyətlərinə baxmayaraq, Çin avtomobil brendlərinin yaxın 5–10 il ərzində ABŞ bazarına daxil olması qaçılmazdır. O, bu prosesin qeyd olunan müddətin sonuna doğru reallaşacağını ehtimal edir.

Qeyd edək ki, Çin elektrik avtomobili istehsalçıları artıq Meksika kimi qonşu ölkələrdə mövqelərini möhkəmləndirirlər. Ekspertlər Kanadanı da ABŞ bazarına keçid üçün potensial “sınaq meydançası” hesab edirlər. Hazırda ABŞ-də Çin elektrik avtomobillərinə 100 faizlik tarif, habelə proqram və aparat təminatı üzrə ciddi məhdudiyyətlər tətbiq olunur. Artan rəqabət fonunda “Ford” Çin modelləri ilə mübarizə apara biləcək daha ucuz elektrik avtomobilləri xəttini hazırlayır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş