Tramp İrana planlaşdırılan genişmiqyaslı hərbi hücumu ləğv edib

1 Min Read

İsrailin “12-ci Kanal”ının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturu obyektlərinə nəzərdə tutulan genişmiqyaslı hərbi zərbəni başlamasına bir gün qalmış təxirə salıb. İsrailin də iştirakı planlaşdırılan əməliyyata hazırlıqlar Ağ Evdə Benyamin Netanyahu ilə görüşdən sonra başlayıb.

İsrail tərəfi zərbənin İran iqtisadiyyatı və hökumətinə ciddi ziyan vurmayacağı təqdirdə mənasız olacağını bildirib. Qətərin vasitəçiliyi ilə aparılan intensiv danışıqlar nəticəsində İran Hörmüz boğazını açmağa və nüvə proqramını dayandırmağa razılıq verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da hücumdan imtina çağırışından sonra Tramp “Truth Social” hesabında hərbi əməliyyatın ləğv edildiyini açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş