ICE iyul ayında 46 mindən çox insanı həbs edərək yeni rekorda imza atıb

1 Min Read

“CBS News”un ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatlarına istinadən verdiyi xəbərə görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) iyul ayında immiqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən 46 mindən çox şəxsi saxlayıb. Bu, Donald Trampın ikinci prezidentlik müddəti dövründə qeydə alınan ən yüksək aylıq göstəricidir. İyulda gündəlik həbs sayı təxminən 1,5 min nəfər təşkil etsə də, Ağ Ev bu rəqəmin gündə 2 minə çatdırılmasını tələb edir.

Avqustun əvvəlinə olan məlumata görə, ICE-nin saxlama mərkəzlərində 68 minə yaxın şəxs var. Daxili Təhlükəsizlik Nazirliyində Kristi Noemi əvəzləyən yeni katib Markueyn Mallinin (Markwayne Mullin) rəhbərliyi altında agentlik genişmiqyaslı küçə reydləri əvəzinə hava limanlarında, yol yoxlamalarında və immiqrasiya idarələrində daha az diqqət çəkən həbs üsullarına üstünlük verir.

Departamentin göstəricilərinə görə, Trampın hakimiyyətə qaytarılmasından bəri 3 milyondan çox qanunsuz immiqrant ölkəni tərk edib. Bunlardan 2,2 milyonu könüllü gedib, 985 min nəfəri deportasiya olunub, 1 milyondan çoxu isə saxlanılıb. Ekspertlər administrasiyanın ictimaiyyətin diqqətini azaltmaqla ABŞ tarixinin ən böyük deportasiya kampaniyasını icra etməkdə davam etdiyini bildirirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş