“Bild” qəzetinin məlumatına görə, Mərakeş Daxili İşlər Nazirliyi ötən həftə İspaniyanın Seuta anklavında baş verən kütləvi miqrant axınının səbəblərini açıqlayıb.
Nazirlik hadisəyə birinci səbəb kimi sosial şəbəkələrdə, xüsusən “TikTok” platformasında sərhədlərin açıq olması barədə yayılan yalan xəbərləri göstərib. İkinci səbəb kimi isə İspaniya məhkəməsinin dənizdə saxlanılan miqrantların dərhal geri qaytarılmasını qadağan edən qərarının yanlış şərh olunması qeyd edilib.
Mərakeş tərəfi qanunsuz miqrasiya ilə mübarizəyə sadıq qaldığını bildirsə də, bu bəyanat İspaniya təhlükəsizlik orqanlarının məlumatları ilə ziddiyyət təşkil edir. İspaniya mediasının verdiyi xəbərə görə, Mərakeş sərhədçiləri axından az əvvəl ərazini tərk edib və bəzi miqrantlar sərhədi keçməyə hətta təşviq olunduqlarını iddia ediblər.
Hazırda Seutanın sahil zonasında vəziyyətin sabitləşdiyi, anklavda hələ də 2500 mərakeşlinin qaldığı bildirilir.
İzmedia.az
![]()

