Generaldan xəbərdarlıq: ABŞ İsraili raket hücumlarından qorumağa çatışmaya bilər

1 Min Read

ABŞ Avropa Komandanlığının rəhbəri, general Aleksus Qrinkeviç ölkəsinin raket və hərbi dəniz resurslarının yetərsizliyi barədə Pentaqona xəbərdarlıq edib. “Washington Post” nəşrinin məlumatına görə, İranla müharibə фоnunda ABŞ-ın mudafiə ehtiyatları tükənmək üzrədir. Qrinkeviç bildirib ki, regiona əlavə hərbi gəmi ayrılmayacağı təqdirdə, mövcud raketlər birinci növbədə ABŞ-ın öz hərbi bazalarını və hava hücumundan müdafiə sistemlərini qorumaq üçün istifadə olunacaq.

Bu vəziyyət İsraili hücumlar qarşısında daha həssas edə bilər. Almaniyanın “Bild” qəzeti yazır ki, Yəməndəki Husilərin də müharibəyə qoşulması şəraiti daha da mürəkkəbləşdirir. İranın dəstəklədiyi bu qruplaşmanın geniş raket arsenalına malik olması İsrail üçün digər bir cəbhədən təhlükə yaradır.

Hazırda Pentaqon üçün əsas çətinlik ordu və donanmanın təchizatını təmin etməkdir. Birləşmiş Ştatlar eyni vaxtda çoxsaylı hərbi bazalarını, regionu və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalsa da, hərbi gəmilərin, tutucu raketlərin və texniki xidmət imkanlarının azlığı manevr imkanlarını məhdudlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş