Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq fərmanı ilə Olqa Stefanişina ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.
“UNİAN”ın məlumatına görə, qərarda işdən çıxarılmanın rəsmi səbəbi göstərilməyib.
Stefanişina “Facebook” səhifəsində bəyan edib ki, bu vəzifədən öz istəyi ilə ayrılıb. O, ABŞ-dəki fəaliyyəti çərçivəsində qarşıya qoyulan əsas məqsədlərin yerinə yetirildiyini vurğulayıb.
Diplomatın sözlərinə görə, səfirlik dövründə Amerika silahlarının tədarükü artırılıb, Vaşinqtondakı siyasi dəyişikliklərə baxmayaraq dəstək qorunub saxlanılıb və bu yardım qanunvericilik səviyyəsində möhkəmləndirilib. O əlavə edib ki, nəticədə Ukrayna sadəcə yardım alan ölkədən investisiya qoyulan və texnologiyalar cəlb edən tərəfdaşa çevrilib.
İzmedia.az
![]()

