Avstriyada rekord istilər qeydə alınıb: Vyanada temperatur 41 dərəcəyə çatıb

1 Min Read

“Kronen Zeitung” qəzetinin verdiyi məlumata görə, Avstriyanın şərqində həddindən artıq istilər müşahid olunur. Vyana-Ştammersdorf bölgəsində saat 15:10-da hava temperaturu 41 dərəcə Selsiyə çataraq paytaxt üçün yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord göstərici cəmi bir gün öncə qeydə alınmışdı.

Mövcud hava şəraiti ilə əlaqədar səlahiyyətli qurumlar Vyana, Vaynviertel və Seewinkel bölgələri də daxil olmaqla şimal Burgenland, Vyana hövzəsi və Sankt Pölten şəhəri üçün “qırmızı” istilik xəbərdarlığı elan ediblər. Bununla da Şərqi Avstriya 2013-cü ildə Bad Deutsch-Altenburqda qeydə alınan 40,5 dərəcə Selsilik rekordu geridə qoyaraq Avropanın ən isti regionlarından birinə çevrilib.

Anormal istilər bir sıra fövqəladə hallara da yol açıb. Esslinger-Fürth və Lobau ərazilərində yanğın həyəcanı elan edilib, Burgenlandda isə yüksək temperaturun təsiri ilə Oberpullendorf istiqamətindəki S31 avtomobil yolu hərəkət üçün bağlanıb.

Eyni zamanda, Dunay çayında suyun səviyyəsi kritik dərəcədə aşağı qalmaqda davam edir. Mütəxəssislər hazırda yaşanan quraqlığı son illərin ən şiddətli quraqlıq dövrü olan 2003 və 2018-ci illərlə müqayisə edirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş