“Ermənistan Elektrik Şəbəkələri” QSC ölkənin bir sıra regionlarında baş verən qəza nəticəsində kəsilmiş elektrik enerjisi təchizatının tam bərpa olunduğunu bildirib.
Qurumun yaydığı bəyanatda qeyd olunur ki, enerji sisteminin istehsal və ötürmə şəbəkələrində yaranmış fövqəladə vəziyyət səbəbindən Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərinin bir sıra yaşayış məntəqələrində dispetçer məhdudiyyətləri tətbiq edilmiş və elektrik enerjisinin verilişi dayandırılmışdı.
Həmçinin bildirilib ki, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru tərəfindən həyata keçirilən təcili bərpa işləri nəticəsində enerji təchizatı artıq tam təmin olunub. Şirkət göstərdikləri səbr və anlayışa görə abunəçilərə təşəkkürünü bildirib.
İzmedia.az
![]()

