Medvedevdən Yaponiyaya Kuril xəbərdarlığı: “Öz xəyalınızın dəhşətli nəticələri ilə üzləşəcəksiniz”

1 Min Read
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və hakim “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev Yaponiya Baş nazirinin Kuril adaları ilə bağlı bəyanatlarına sərt cavab verib. Siyasətçi qeyd edib ki, Yaponiya rəhbərliyi adaların “tarixi olaraq Yaponiyaya məxsus olması” barədə istədiyi qədər danışa bilər, lakin bu iddialar mövcud reallığı dəyişməyəcək.
Kuril adalarının statusunun müzakirə mövzusu olmadığını vurğulayan Medvedev rəsmi Tokioya xəbərdarlıq edib: “Kuril adaları Rusiyanın ərazisi olub, var və qalacaq. Bunu anlamayan hər kəs öz xəyalının dəhşətli nəticələri ilə üzləşəcək”.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş