İzmedia.az xəbər verir ki, Odessa limanında Ukraynaya məxsus “Podolye” patrul gəmisinin batması ilə bağlı yeni detallar ortaya çıxıb.
Məlumata görə, gəmi limanda baş verən zərbədən sonra batıb. Hadisə yerindən yayılan görüntülər və peyk məlumatları gəminin 400 tonluq korpusunun demək olar ki, tamamilə sıradan çıxdığını göstərir.
Şahidlərin bildirdiyinə görə, su səthində iri gəmi qalıqları əvəzinə yalnız neft ləkəsinə bənzər izlər müşahidə olunur.
Hadisənin başvermə səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilir.
![]()
