Dunayda suyun azalması Rumıniyanı böhrana saldı: Atom elektrik stansiyası fəaliyyətini dayandırır

1 Min Read

“Reuters” agentliyinin məlumatına görə, Rumıniyanın dövlət nüvə enerjisi şirkəti “Nuclearelectrica” Dunay çayında suyun səviyyəsinin rekord həddə düşməsi səbəbindən ölkənin yeganə fəaliyyətdə olan nüvə reaktorunun elektrik şəbəkəsindən ayrılması prosesinə başlayıb.

Əlverişsiz hava şəraiti səbəbindən şirkət hələ iyulun sonunda atom elektrik stansiyasının (AES) digər reaktorunu bağlamağa məcbur olmuşdu. Hər biri 706 meqavat gücündə olan bu iki reaktor Rumıniyanın ümumi elektrik enerjisi istehsalının beşdə birini təmin edir.

Yaranmış vəziyyətlə əlaqədar Rumıniyada avqust ayı ərzində enerji sahəsində fövqəladə vəziyyət elan edilib. Müəssisə və ev təsərrüfatlarından axşam saatlarında enerji istehlakını könüllü olaraq azaltmaq xahiş olunub.

Yaranan enerji qıtlığını kompensasiya etmək üçün Energetika Nazirliyi 330 meqavatlıq kömürlə işləyən elektrik stansiyasını işə salıb. Hakimiyyət orqanları, həmçinin külək və su elektrik stansiyalarının istehsal gücünü artırmağı planlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş