Livanın Baş naziri Nəvaf Salam BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi görüşlərin İsrail qoşunlarının Livan ərazisindən tam çıxarılmasına və BMT sülhməramlılarının mandatı başa çatdıqdan sonrakı mərhələyə hazırlığa yönəldiyini açıqlayıb.
ABŞ tərəfindən təşkil edilən çoxtərəfli sammitdə Körfəz Əməkdaşlıq Şurası ölkələri, eləcə də Misir, İordaniya, Suriya və Türkiyə nümayəndələri ilə bir araya gələn Salam gərginliyin azaldılması və Livanın regional əlaqələrinin möhkəmləndirilməsi istiqamətində danışıqlar apardığını bildirib.
Baş nazir vurğulayıb ki, mart ayından bəri 4000-dən çox insanın həyatına son qoyan və yüz minlərlə sakini didərgin salan İsrail hücumlarından sonra dağılmış ərazilərin bərpası, mülki əhalinin öz evlərinə qayıtması və yenidənqurma işləri üçün beynəlxalq dəstəyin səfərbər edilməsi prioritet məsələdir.
İzmedia.az
![]()

