Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun (Cho Hyun) ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında birgə hərbi təlimlərin məhdudlaşdırılması barədə qərarına münasibət bildirib. Nazirin sözlərinə görə, Vaşinqtonun bu addımı Seula siyasi və iqtisadi təzyiq göstərmək məqsədi daşıyır.
“Reuters” agentliyinin məlumatına görə, Cənubi Koreya diplomatiyasının rəhbəri ABŞ-ın bu gedişatla bir sıra həll olunmamış geosiyasi və iqtisadi məsələlərdə Seuldan güzəştlər almağa çalışdığını diqqətə çatdırıb.
-
İran münaqişəsi və ABŞ-a dəstək: Vaşinqton Seulun ABŞ-ın İranla bağlı hərbi və diplomatik səylərinə, eləcə də Yaxın Şərqdəki əməliyyatlarına daha fəal dəstək verməsini tələb edir.
-
350 milyard dollarlıq investisiya öhdəliyi: Mübahisənin əsas maliyyə tərəfi keçən il tərəflər arasında imzalanmış ticarət sazişidir. Sazişə əsasən, Cənubi Koreya ABŞ iqtisadiyyatına 350 milyard dollar məbləğində sərmayə qoymağı öhdəsinə götürüb. Vaşinqton bu vəsaitlərin ayrılması prosesini sürətləndirmək üçün hərbi təlimlər kartından rıçaq kimi istifadə edir.
-
Birgə hərbi təlimlərin taleyi: Tramp administrasiyasının hərbi təlimləri ixtisar etməsi Şimali Koreya ilə danışıqlar bəhanəsi altında təqdim olunsa da, Seul bunun birbaşa müttəfiqlik öhdəliklərinin maliyyələşdirilməsi və iqtisadi bazarla bağlı təzyiq aləti olduğunu vurğulayır.
İzmedia.az
![]()

