Cəlilabadda sakinlərə İİV infeksiyasından qorunma yolları izah olunub

1 Min Read

Cəlilabad rayonunda əhali arasında İİV infeksiyası ilə bağlı maarifləndirici tədbir keçirilib.

20 avqustda “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə sakinlərə İİV infeksiyasının yayılma yolları, ondan qorunma üsulları və vaxtında müayinənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Maarifləndirmə zamanı sağlam həyat tərzinin vacibliyi vurğulanıb, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Sakinlərə İİV-in qarşısının alınmasına dair maarifləndirici buklet və broşürlər də təqdim olunub.

Tədbirdə həmçinin İİV-lə bağlı cəmiyyətdə mövcud olan yanlış fikirlərin aradan qaldırılması, infeksiya ilə yaşayan insanlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi və onların hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.

Maarifləndirmə tədbirinin əsas məqsədi əhali arasında İİV barədə düzgün məlumatlılığın artırılması və infeksiyanın profilaktikası ilə bağlı biliklərin gücləndirilməsi olub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş