Masallıda İİV infeksiyasının profilaktikası ilə bağlı maarifləndirici görüş keçirilib

1 Min Read

Masallı rayonunda 20 avqust tarixində əhali arasında İİV infeksiyası ilə bağlı məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə İİV infeksiyasının insan sağlamlığı üçün yaratdığı risklər, yoluxmanın qarşısının alınması və profilaktik tədbirlər barədə sakinlərlə fikir mübadiləsi aparılıb.

İştirakçılara infeksiyanın hansı hallarda yayıldığı, fərdi qorunma qaydalarına əməl edilməsinin və vaxtında tibbi müayinədən keçməyin əhəmiyyəti izah olunub. Sakinləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Görüşdə İİV-lə bağlı cəmiyyətdə formalaşmış yanlış stereotiplərin aradan qaldırılmasının, infeksiya ilə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsinin və onların cəmiyyətə inteqrasiyasının vacibliyi də vurğulanıb.

Tədbir əhalinin İİV barədə düzgün və etibarlı məlumatlarla təmin olunmasına, sağlamlığın qorunması istiqamətində maarifləndirmənin gücləndirilməsinə xidmət edib.

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş