Pekin Moskvanın Yaponiya ilə bağlı bəyanatını dəstəklədi: “BMT Nizamnaməsinin müddəaları vacibdir”

1 Min Read
Çin Xarici İşlər Nazirliyi Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Yaponiyanın tarixi məsuliyyəti və Birləşmiş Millətlər Təşkilatındakı (BMT) statusu ilə bağlı səsləndirdiyi fikirlərlə razı olduğunu bəyan edib.
Çin XİN-in sözçüsü Lin Cian “Sinxua” agentliyinə açıqlamasında bildirib ki, BMT Nizamnaməsində yer alan “düşmən dövlət” maddələri sənədin mühüm tərkib hissəsidir və Pekin Moskvaya bu məsələdə haqq verir.
Xatırladaq ki, avqustun 17-də Sergey Lavrov Yaponiyanın BMT Nizamnaməsində ilk olaraq “düşmən dövlət” kimi təyin edildiyini vurğulamışdı. Rusiyalı nazir qeyd etmişdi ki, Tokio yalnız militarist siyasətindən, törətdiyi cinayətlərdən peşmanlıq duyduqdan və BMT-nin prinsiplərini tam qəbul etdikdən sonra təşkilata üzv ola bilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş