Fransanın cənubundakı Kan-sür-Mer (Cagnes-sur-Mer) şəhərində yerləşən fransız impressionist rəssamı Pyer-Ogüst Renuarın (Pierre-Auguste Renoir) ev-muzeyindən dəyərli rəsm əsərləri oğurlanıb. Bu barədə “TF1” televiziya kanalı yerli icma rəhbərliyinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, soyğunçuluq hadisəsi 8 sentyabr çərşənbə axşamı səhər tezdən baş verib. Naməlum şəxslər muzeyin təhlükəsizlik sistemini yararaq içəri daxil olub və rəssamın fərqli dövrlərinə aid tablolardan ibarət kolleksiyanı aparıblar. İlkin qiymətləndirmələrə əsasən, oğurlanmış sənət əsərlərinin ümumi bazar dəyəri təxminən 9 milyon avro təşkil edir.
Hadisə yerinə polis və xüsusi istintaq qrupu cəlb olunub. Fransanın Mədəniyyət Sərvətlərinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Mərkəzi İdarəsi (OCBC) faktla bağlı araşdırmalara başlayıb və regionun bütün sərhəd-keçid məntəqələrinə məlumat verilib.
İzmedia.az
![]()

