ABŞ-da Kapitoli binasını partlatmaq istəyən İŞİD tərəfdarı həbs olunub

1 Min Read

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Nyu-York ştatının Albani şəhərindəki Kapitoli binasına terror hücumu planlaşdıran 35 yaşlı Cessika Bouini həbs edib. BBC-nin məlumatına görə, o, qanunvericiləri qətlə yetirmək üçün binanı partlatmağı nəzərdə tutub.
Prokurorlar İŞİD terror təşkilatına sədaqət andı içən Bouinin xarici terror təşkilatına maddi dəstək göstərməkdə ittiham olunduğunu bildiriblər. Məlumata görə, şübhəli şəxs Ağ Evlə müqayisədə daha asan hədəf seçdiyini düşündüyü Kapitoli binasında ən azı beş dəfə kəşfiyyat aparıb. O, partlayıcı qurğunu ərzaq çatdırılması çantasında gizlədərək binanı və senatorları məhv etməyi planlaşdırdığını etiraf edib.
Boui FTB-nin gizli agentləri və məlumatlandıran şəxsləri ilə əlaqə saxlayarkən izlənilib. Çərşənbə günü həbs edilən zaman onun üzərindən qüsurlu odlu silah, partlayıcı qurğu müqəvvası, bıçaqlar və İŞİD-ə sədaqət andı tapılıb.
İstintaq materiallarına əsasən, təxminən beş il əvvəl İslamı qəbul etmiş Boui sosial şəbəkələrdə fəal şəkildə Amerikaəleyhinə çağırışlar edib və 11 sentyabr terror aktlarını dəstəkləyən paylaşımlar edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş