İran Hörmüz boğazını neft ixracı üçün bağlamaqla təhdid edib

1 Min Read

İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaei ölkəsinə qarşı tətbiq edilən iqtisadi təzyiqlərə cavab olaraq sərt xəbərdarlıq edib. O bildirib ki, İrana qarşı yönəlmiş iqtisadi müharibə davam edəcəyi təqdirdə, Hörmüz boğazından və ya Fars körfəzindən regional neft ixracının qarşısı tamamilə alınacaq.
Rzaei bəyan edib ki, Tehran Vaşinqtonun sanksiya və təzyiq siyasətinə dəstək verən dövlətlərə qarşı barışmaz mövqe tutacaq: “İran istənilən ölkənin Amerikanın İran xalqına qarşı iqtisadi müharibəsində iştirakını və ya dəstəkləməsini müharibə aktı kimi qiymətləndirəcək”.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş