Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) idarəsi Səudiyyə Ərəbistanının Yanbu şəhərindən 63 dəniz mili qərbdə dəniz insidentinin baş verdiyi barədə məlumat yayıb.
Bəyanatda bildirilir ki, ticarət tankeri naməlum mərmi ilə vurulub və nəticədə gəminin əsas göyərtəsində yanğın başlayıb.
Hadisəyə baxmayaraq, heyət üzvlərindən xəsarət alan olmayıb, bütün dənizçilərin təhlükəsizlikdə olduğu qeyd edilib. Həmçinin əraziyə neft və ya digər təhlükəli maddələrin sızması, eləcə də ətraf mühitə hər hansı zərər qeydə alınmayıb.
İzmedia.az
![]()

