İsveçin “Saab” şirkəti yeni nəsil gizli PUA-nı təqdim etdi

1 Min Read

“The War Zone” nəşrinin məlumatına görə, İsveçin “Saab” şirkəti “A3” adlandırılan qabaqcıl pilotsuz uçuş aparatının (PUA) tammiqyaslı modelini nümayiş etdirib.
Təyyarə stealth (radara görünməzlik) texnologiyasına malik olacaq, səsdən yüksək sürətlə uçacaq, düşmənin hava hücumundan müdafiə sistemlərini yayındıracaq və yerüstü hədəfləri dəqiq zərbələrlə məhv edə biləcək.
Məlumata görə, PUA-nın ilk sınaq uçuşunun 15 ay ərzində keçirilməsi planlaşdırılır. PUA-nın seriyalı istehsalına isə 2030-cu illərdə başlanılması nəzərdə tutulur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş